Publika.az xəbər verir ki, M.Pompeo bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmana Qaşıqçı ilə bağlı aparılan istintaqının yekunlaşması üçün 72 saat vaxt verib.
"İstintaqı bitirmək üçün 72 saat vaxtınız var, ya da sanksiya ilə üz-üzə qalacaqsınız”, - deyə dövlət katibi xəbərdarlıq edib.
Məlumata görə, Türkiyə səfərindən əvvəl ABŞ prezidenti Donald Trampın tapşırığı ilə Ər-Riyada gedən Pompeo şahzadə ilə görüşüb. Dövlət katibi təkbətək söhbət zamanı müxalif jurnalistin istintaqının 3 gün ərzində yekunlaşması üçün vaxt verib. Dövlət Departamentinin başçısı bildirib ki, əks halda krallıq sanksiya təhlükəsi ilə üz-üzə qalacaq. O, Salmanın taxta çıxmasının Qaşıqçı hadisəsini necə həll edilməsindən asılı olacağını vurğulayıb.
Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasında öldürüldüyü iddia edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !