Abşeronda döyülən əlil evini yandırdı – VİDEO

10:00 | 13.05.2018
Abşeron rayonunda evin yandırılması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Oxu.Az-a Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, bu il mayın 11-də 11 Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırıb:

"Qeyd etmək istərdik ki, Fuad Əkbərov Fatmai kəndi ərazisində əmlak alqı-satqısı ilə məşğul olur. Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Əkbərovun məlum videoda iddia etdiyi kimi söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb.
Üstəlik, ona qarşı hər hansı bir fiziki təzyiq göstərilməyib. Fuad Əkbərov özünün bizə məlum olmayan məqsədləri üçün əvvəlcədən planlaşdırıb, hazırladığı ssenari üzrə addım ataraq internet televiziyasının nümayəndəsini tikilməkdə olan sözügedən mənzilə çağırıb və xüsusi hazırlanmış nitqi ilə video çəkiliş aparıb”.

Hazırda Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır.

15:59

Abşeronda Qarabağ qazisi Fuad Əkbərov evini yandırıb.

Oxu.Az xəbər verir ki, onun evinə od verməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb. F.Əkbərov deyib ki, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən döyülüb.

Onun sözlərinə görə, icra başçısı onun əlindən evini, aylıq təqaüdünü əlindən almaq istəyir:

"214 manat dövlətdən pensiya alıram, bunu da İradə Gülməmmədovanın qoçularına verməliyəm? Başda Baba adlı şəxs olmaqla, polisin gözləri qarşısında məni bu hala saldılar. Bu, ona görə baş verdi ki, razılaşmalısan.

Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə, məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu mənim mənzilimdir, bunu benzin tökərək yandıra bilərəm”.

Bundan sonra Qarabağ əlili benzin tökərək evinə od verib. O bildirib ki, etirazı hər hansı reaksiya doğurmasa, intihar edəcək.



www.anews.az

Xəbər lenti