Acun "lənətləyirəm" dedi, polis hərəkətə keçdi – Türkiyədə qalmaqal

10:53 | 18.12.2018
Acun

Acun "lənətləyirəm" dedi, polis hərəkətə keçdi – Türkiyədə qalmaqal

TV8-in "MasterChef" proqramından istefa verən Murad Özdemirin sosial şəbəkədə yaydığı videogörüntü sərt təpkiyə səbəb olub.

Anews.az teleqraf.com-a istinadən xəbər verir ki, videoda Murad Özdəmirin evdə saxladığı tutuquşunu sanki boğaraq, ona ağır işgəncə verdiyi diqqət çəkir. Tutuquşunun az qala boğulduğunu vecinə belə almayan Özdəmirin hətta bu əməlindən zövq alırmış kimi, bunu Acuna xitabən etdiyi də diqqətdən yayınmır.

Acun Ilıcalı Muradın hərəkətlərinə sərt reaksiya verib və sosial mediada öz fikirlərini paylaşıb:

"Heyvanlara edilən zülmü lənətləyirəm. İnsanlığa sığmayan hərəkət edən amansız insanların cəzalandırılacağına inanıram".

Qeyd edək ki, sosial mediada bu görüntüləri izləyənlər Muraddan adiyyəti qurumlara şikiayət ediblər.

Murad Özdəmirin narkotik maddələrdən istifadə etdiyi barədə də fikirlər səsləndirilib. Onun polis tərəfindən saxlanıldığı bildirilir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM