Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların ləğvedicisi kimi "Azərbaycan Kredit Bürosu” MMC ilə müqavilə imzalayıb.
Ləğv prosesində olan banklar kredit tarixçələrinin formalaşdırılması
və kredit hesabatlarının verilməsi ilə bağlı "Azərbaycan Kredit Bürosu” ilə məlumat
mübadiləsini həyata keçirəcəklər.
Büro fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə
uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə
çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının
möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək
vermək məqsədini daşıyır.
Belə ki, ləğv prosesində olan banklar öz müştərilərinin digər
banklardakı kredit tarixçəsi ilə tanış olmaq imkanı olacaq və hər hansı müştəri
ilə kredit öhdəliyinin restrukturizasiya edilməsi barədə qərar qəbul edilərkən
müştərinin kredit tarixçəsi nəzərə alınacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !