Adnan Oktar ilk ifadəsində bunları dedi – Video

21:52 | 18.07.2018
Adnan Oktar ilk ifadəsində bunları dedi – Video

Adnan Oktar ilk ifadəsində bunları dedi – Video

11 iyulda həbs edilən Yarun Yəhya adı ilə tanınan Adnan Oktar bu gün hakimlər qarşısında ilk ifadəsini verib.
Anews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, haqqında 31 maddə üzrə cinayət işi açılan Oktara 13 saat ərzində 500-dən çox sual verilib.
O, haqqında səslənən bütün iddiaları təkzib edərək "Biz günahsız bir təşkilatıq” deyib. İsrailli bir deputatla 20-dən çox görüş keçirməsinin səbəbi barədə suala isə cavab verməyib.
Qeyd edək ki, 235 nəfər haqqında həbs qərarı çıxarılsa da, hazırda 187 nəfər saxlanılıb. Onlardan 105-i qadın, 82-si kişidir. Hazırda 48 nəfərin axtarışları davam etdirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti