ADR 100 illiyinə həsr edilmiş "Son iclas” filminin təqdimatı keiriləcək - VİDEO

16:11 | 23.05.2018
ADR 100 illiyinə həsr edilmiş

ADR 100 illiyinə həsr edilmiş "Son iclas” filminin təqdimatı keiriləcək - VİDEO

Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi "Son iclas” bədii-sənədli filminın mayın 25-də Heydər Əliyev mərkəzində təqdimat mərasimi keçiriləcək. Daha sonra isə  3 gün ərzində film ödənişsiz lkənin kinoteatrlarında nümayiş etdiriləcəkdir. 

Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Filmin baş prodüsseri Baki Media mərkəzinin rəhbəri Arzu Əliyeva , ssenari müəllifi Müsəllim Həsənov, tarixi məsləhətçisi isə tarix elmləri doktoru Aydın Balayevdir. 
 
Film Azərbaycan Xalq Cümhuroyyətinin parlamentinin Azərbaycanın sovet qoşunları tərəfindən işğalından qabaq keçiririlən son iclası və o ərəfədə baş verən tarixi hadisələr barədədir. 
 
Film Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilib. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb