Afrikanın ən gənc milyarderi qaçırıldı

20:20 | 11.10.2018
Tanzaniyada naməlum şəxslər Afrikanın ən gənc milyarderi, 43 yaşlı biznesmen və siyasətçi Məhəmməd Dyucini qaçırıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı "BBC News” ölkənin Dar-es-Salam şəhərinin polis idarəsinə istinadla məlumat yayıb. 

Naməlum şəxslər onu oktyabrın 11-i, səhər saatlarında "Colosseym” hotelinə, fitnes-klubda məşq etmək üçün gedəndə oğurlayıb. 

Cinayətkarlar hotelin qarşısında bir müddət milyarderi gözləyiblər. 

Şahidlərin sözlərinə görə, iki ağdərili kişi Dyucini "Toyota Surf” avtomobilinə əyləşdirib və naməlum istiqamətə gediblər. Onlar getməzdən əvvəl havaya atəş açaraq, ətrafdakıları qorxudub.

Yerli polis bütün aeroportları və şəhər çıxışlarını bağlayıb. Oğurluqda şübhəli bilinən üç nəfər saxlanılıb. 

Məhəmməd Dyuci "METL” konqlomeratına rəhbərlik edir. "Forbes” jurnalı 2018-ci ilin fevralında Dyucinin sərvətinin 1,5 milyard olduğunu açıqlayıb.

www.anews.az

Xəbər lenti