Almaniya Kremllə birləşməyə hazırlaşır

10:27 | 17.04.2018
Almaniya Kremllə birləşməyə hazırlaşır

Almaniya Kremllə birləşməyə hazırlaşır

Almaniya Şimal axını-2 qaz kəməri layihəsi hesabına Avropadakı mövqelərini gücləndirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu "5-ci kanal”a müsahibəsində Ukraynanın Avropa Şurasındakı Daimi Nümayəndəliyinin rəhbəri Dmitri Kuleba deyib.

"Almaniya Avropanın daxilində mövqelərini gücləndirəcək. Angela Merkel Avropanın birləşdirilməsi ideyasının tərəfdarı olsa da, Berlin öz milli maraqlarını da unutmur. Hazırda almanlar üçün Rusiya təklifi daha cazibədar görünür. Şərqi Avropa bu layihənin reallaşdırılmasından onun siyasi maraqlarının necə müdafiə olunacağı zəmanətini almalıdır. Bu zəmanət iqtisadi layihələr hesabına mümkün olmalıdır”, – deyə o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb