"Amaliya xanım yaxşı aktrisa olmaqla yanaşı fəal siyasətçi idi" - Hadı Rəcəbli

12:14 | 09.11.2018
"Amaliya xanım parlamentin deputatı olub. O, bizim komitənin üzvü olub".

Bu sözləri ötən gün dünyasını dəyişən xalq artisti A.Pənahovanın Akademik Milli Dram Teatrında təşkil olunan vida mərasimində iştirak edən deputat Hadı Rəcəbli deyib. O bildirib ki, A.Pənahova fəal millət vəkili olub:

"Amaliya Pənahova o dövrlərdə fəal deputat idi. Mədəniyyət işçilərinin sosial müdafiəsini daim gündəmə gətirirdi. Onun parlamentdə qaldırdığı məsələlər sonradan çətinliklə da olsa öz həllini tapırdı. Amaliya xanım yaxşı aktrisa olmaqla yanaşı eyni zamanda həmin dövrlərdə fəal siyasətçi idi. O, mədəniyyət işçilərinin mənafeyini qoruyan, müdafiə edən biri idi. Ona görə də bu gün biz burdayıq. Mərhum aktrisanı yola salma mərasimində iştirak edirik".

Qeyd eədk ki, A.Pənahova 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü olub.
big.az

www.anews.az