“Amerika qırğısı”nın Qafqaza gəlişinin SİRLƏRİ - Sərhədlərimizdə yeni müharibə başlayır?

22:00 | 18.10.2018
“Amerika qırğısı”nın Qafqaza gəlişinin SİRLƏRİ - Sərhədlərimizdə yeni müharibə başlayır?

“Amerika qırğısı”nın Qafqaza gəlişinin SİRLƏRİ - Sərhədlərimizdə yeni müharibə başlayır?

ABŞ prezidentinin "Amerika qırğısı” kimi tanınan milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Rusiya və Cənubi Qafqaz ölkələrinə turneyə çıxır. Məlumata görə, Bolton əvvəlcə Rusiyaya səfər edəcək, Gürcüstan və Ermənistana gedəcək, oktyabrın 24-də isə Azərbaycana gələcək. Boltonun Rusiya və Qafqaz turnesinə çıxdığı haqqında Tvitter səhifəsində məlumat verərkən Çini tənqid etməsi, eləcə də ABŞ-ın İrana qarşı sanksiyalarını heçə saymaq istəyənlərə təhdid mesajı göndərməsi diqqət çəkdi. Bu təhdidlər "Amerika qırğısı”nın İran sərhədlərinə səfəri öncəsində xəbərdarlıq kimi səslənir. Nəzərə alsaq ki, Bolton Tramp Administrasiyasında İranla nüvə proqramının dayandırılmasının ən qızğın tərəfdarlarındandır, o zaman, onun Cənubi Qafqaza sərt ritorika ilə gələcəyi aydın olur.

Publika.az xəbər verir ki, "Rosbalt” agentliyi Boltonun səfərini "Amerika qırğısı müharibə ərazisinə uçur” başlığı ilə şərh edib.

Agentlik yazır ki, Boltonun Rusiyanı istədiyindən döndərməyə nail olması çətin görünsə də, onun Tbilisidə, İrəvanda və Bakıda tələblər səsləndirəcəyi gözlənilir: "Hazırda ABŞ sanksiyaları Cənubi Qafqaz ölkələrinin İranla loyal münasibətlərinə mane olmur. Lakin Vaşinqtonun bu vəziyyətə sona kimi dözməyəcəyi də məlumdur. Artıq ABŞ-ın Ermənistandakı səfiri İrəvana İranla biznes əlaqəsi qurarkən, səfirliklə məsləhətləşməni tövsiyə edərək ilk mesajı verdi. Amma görünür, ermənilər hələ ki bu tövsiyələrə qulaq asmaq istəmirlər. Ona görə də Boltonun "İrana qarşı ABŞ sanksiyalarına məhəl qoymayan ölkələr Amerika sanksiyalarının onlara toxunmayacağı haqqında illüziyalara qapılmamalıdır”, deməsi təsadüfi deyil. Ermənistanla İranı ciddi ticarət-sahibkar münasibətləri bağlayır. Bu iki ölkənin münasibətlərini necə pozmaq mümkündür? Digər tərəfdən, İrəvan Dağlıq Qarabağ məsələsində həmişə Tehrana bel bağlayıb. Bununla yanaşı, Azərbaycanla İranın münasibətlərini pozmaq mümkün olacaqmı? Çünki iki ölkə arasındakı münasibətlər hətta geosiyasi kontekstdə də nəhayət sabit və işgüzar xarakter səviyyəsinə qalxıb. Üstəlik Azərbaycan, İran və Rusiya birlikdə beynəlxalq nəqliyyat dəhlizlərini həyata keçirir. Gürcüstan İranla daha az zəncirlə bağlıdır. Gürcüstan NATO qoşunlarının ölkəyə daxil olmasına icazə verib. Lakin ABŞ Qara dənizdə donanmasını gücləndirmək üçün Gürcüstanla əməkdaşlıq etmək istəsə, Tbilisi İranla gələcək müharibəyə hazırdırmı? İstisna deyil ki, Bolton istəyini qəbul etdirmək üçün Bakı və Tbilisi qarşısında Türkiyə ilə münasibətlər məsələsini qaldıracaq. Xüusilə bu iki ölkənin Ankara ilə energetikadan tutmuş ticarətin müxtəlif sferalarında əməkdaşlığı, eləcə də strateji və ittifaq münasibətləri var. Bu iki ölkəni dayandırmağın yeganə yolu Cənubi Qafqazın bütün sferalarını praktiki olaraq iflasa uğratmaqdır. Ermənistan Bakı və Tbilisinin Ankaradan uzaqlaşdırılmasından həzz ala bilər, lakin Bolton İrəvanı Rusiya ilə birlikdə Suriyadakı humanitar missiyada iştirakdan imtina etməyə məcbur edəcək. Bu isə son dövrlər Ermənistanın mövqeyindən narazı olan Moskvanın qəzəblənməsi ilə nəticələnəcək”.

"Rosbalt” qeyd edir ki, Bolton Türkiyə və Suriyada Vaşinqtonun mövqelərinin zəifləməsi şəraitində Cənubi Qafqaz ölkələrini Rusiya ilə böyük geosiyasi oyuna daxil etməyə çalışacaq.

"Bu planda ABŞ üçün "perspektivli” ölkə Ermənistan ola bilər. Çünki regionda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqının yeganə üzvü Ermənistandır. Lakin ən mürəkkəb vəziyyət Azərbaycanla olacaq, çünki bu ölkə istənilən beynəlxalq meydançada öz milli maraqları kontekstindən çıxış edir. Bakının KTMT və Avrasiya İttifaqı ilə işləməyə başlayacağı haqqında məlumatlar yayılır, halbuki, Vaşinqton heç vaxt bunu istəməz. İndiyə qədər Azərbaycanı Rusiya və İrana qarşı müharibə meydançasına çevirmək planları baş tutmadı. Ola bilər ki, amerikalılar hələ də Qazaxıstanın yüklərin Əfqanıstana tranziti üçün Xəzərdəki limanlarını "humanitar” məqsədlə onlara verməsinə ümid edir, hansı ki, bu, Azərbaycanın da qapısını onlar üçün açacaq”, - deyə məqalədə bildirilir.

Agentlik Boltonun özünü ən çox Gürcüstanda rahat hiss edəcəyini yazır: "İki ölkə arasında münasibətlər suallar yaratmır. Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirdi ki, Boltonun səfəri iki ölkə arasında müdafiə, təhlükəsizlik, iqtisadiyyat kimi müxtəlif sferalarda strateji əməkdaşlığını gücləndirəcək. Onun fikrincə, Boltonun səfəri Gürcüstan və Cənubi Qafqazın təhlükəsizliyi məsələsinin ABŞ-ın gündəliyindəki əsas məsələ olduğunu təsdiq edir. Doğrudur, Boltonun özü də bu haqda yazıb. Lakin burada Rusiya amilini, eləcə də Gürcüstanın Azərbaycan və Türkiyənin mərhəməti olmadan yaşaya bilməməsi faktoru unudulmamalıdır. Bakı və Ankaranın Rusiyanın maraqlarına ziddi hərəkət etməyəcəyi məlumdur. Bu baxımdan, Boltonun səfəri fonunda regiondakı siyasi yumaq getdikcə daha da dolaşır. Lakin Boltonun Rusiyaya səfəri də kənar qoyulmamalıdır. O, ABŞ və Rusiya arasında dialoqun davamına ümid etdiyini bildirdi. ABŞ-da Rusiyanın seçkilərə müdaxiləsi məsələsi qapadılmış kimi görünür. Ehtimal etmək olar ki, Bolton Tramp və Putinin yeni görüşünün hazırlığı və cari məsələlərin müzakirəsi üçün Moskvaya gedir. Hansı ki, Suriya, İran, Türkiyə olmadan Cənubi Qafqaza giriş, Ukraynada silah ticarəti üzərində Rusiya-ABŞ razılaşması və s. məsələlər prezidentlərin görüşünün nəticəsindən asılıdır. Lakin yenə də Suriya əsas müzakirə predmetidir”.

"Rosbalt” yazır ki, ABŞ-ın özü üçün "müharibə ərazisi”ni daraltmağa, ya da müharibənin istiqamətini qismən dəyişdirməyə çalışdığı görünür.

"Boltonun sürətli şərq turnesi bu kontekstdə diqqət çəkir. Moskvadan sonra o, İran və Türkiyə ilə həmsərhəd olan, ABŞ üçün geosiyasi və hərbi əhəmiyyət daşıyan Cənubi Qafqaz ölkələrinə yola düşəcək. Hər şey "Amerika qırğısı”nın bu ölkələri inandıra biləcəyi, yoxsa, "yox” cavabı alacağından asılıdır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb