Antalyada azərbaycanlı qıza sataşan ofisiant həbs edilib

12:47 | 20.02.2019
Antalyada azərbaycanlı qıza sataşan ofisiant həbs edilib

Antalyada azərbaycanlı qıza sataşan ofisiant həbs edilib

Türkiyənin Antalya şəhərində marşurut avtobusunda Azərbaycan vətəndaşı olan universitet tələbəsi N.M-yə təcavüz edən şəxsin məhkəmə iclası keçirilib.

Open.az "Milliyet"ə istinadən xəbər verir ki, azərbaycanlıya təcavüz etdiyi iddia olunan Yılmaz K. məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə səhər saatlarında Konyaaltı rayonunda marşurut avtobusunda baş verib. İddaiaya görə, Belek bölgəsində 5 ulduzlu bir oteldə ofisiantlıq edən Yılmaz K. azərbaycanlı N.M-yə təcavüz edib. Bu hadisəyə digər sərnişinlər də şahid olub. Qızın qışqırması ilə sürücü avtobusun qapılarını bağlayıb və polis çağırıb.

Hadisə yerinə gələn polis Yılmaz K.-nı idarəyə aparıb. N.M isə Antalya Polis İdarəsi Asayiş Şöbəsinin Qərargahında yaşadığı hadisəni polisə danışıb.

Təcavüzkar ifadəsində ittihamları qəbul etməyib. Məhkəməyə sövq edilən Yılmaz K. hakim tərəfindən həbs olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti