Araq azərbaycanlını həbsxanaya apardı

21:20 | 20.09.2018
Araq azərbaycanlını həbsxanaya apardı

Araq azərbaycanlını həbsxanaya apardı

Rusiyanın Volqoqrad vilayətinin Çerepovetski şəhər məhkəməsində saxta aksizli spirtli içki satan Azərbaycan vətəndaşına hökm oxunub. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, istintaq məlumatlarına görə, 2017-ci ilin iyununda kişi səkkiz min butulka araq, konyak və qırmızı çaxır satmaq istəyib.

Spirtli içkilərin üzərində heç bir aksiz markası olmayıb. 

Müsadirə olunan ümumi malın dəyəri 1,7 milyon rubl (25,4 min dollar. - red.) olub. Müttəhim 200 butulka spirtli içkini satmağa müvəffəq olub. 

O, məhkəmədə əməlini etiraf edib və bildirib ki, qısa zamanda varlanmaq istəyinə görə bu cinayətə əl atıb. Məhkəmənin qərarına görə, o, 1 il 6 ay müddətinə həbs və 300 min rubl (4,5 min dollar) pul cəzası alıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM