“Ararat”a Rusiyada lisenziya verilmədi

23:14 | 21.05.2018
“Ararat”a Rusiyada lisenziya verilmədi

“Ararat”a Rusiyada lisenziya verilmədi

Ötən il ermənilərin Moskvada yaratdığı "Ararat” futbol klubu Rusiyanın II dəstəsinin "Mərkəz” zonasının qalibi olsa da, I divizionda iştirak edə bilməyəcək.

Oxu.Az xəbər verir ki, buna səbəb kluba lisenziya verilməməsidir.

Bu səbəbdən ermənilər bu klubun çıxışını Ermənistanda davam etdirməsini istəyirlər. Ermənistanda "Ararat” adında Yerevanı təmsil edən klub olduğundan, yeni komandanın adı da başqa olacaq.

Klubun baş direktoru Poqos Qalstyan komandanın adının "Ararat-Moskva” və ya "Ararat-Armeniya” adlandırılacağını bildirib:

"Biz özümüzlə bir neçə oyunçu da götürmək istərdik. Lakin onlar karyeralarını Rusiyada davam etdirmək istəyirlər”.

Qeyd edək ki, bu klubda Roman Pavlyuçenko, Aleksey Rebko və "Qəbələ”nin sabiq futbolçusu Marat İzmaylov kimi Rusiya millisinin sabiq üzvləri çıxış edir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM