Argentina prezidentinin təyyarəsi təcili eniş edib

12:20 | 18.11.2017
Argentina prezidentinin təyyarəsi təcili eniş edib

Argentina prezidentinin təyyarəsi təcili eniş edib

Makrini, onun xanımını və qızını administriya əməkdaşlarının avtomobili aparıb.

Argentina prezidenti Mauruisio Makrinin olduğu təyyarə fırtına səbəbindən məcburi eniş edib.

"Report" xəbər verir ki, bu barədə "Telam" agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarədən endikdən sonra Makrini, onun xanımını və qızını administriya əməkdaşlarının avtomobili aparıb. Onun göyərtəsində olduğu təyyarə Mar-del-platadan Çapadmalal yaşayış məntəqəsindəki iqamətgaha doğru uçurmuş. Ölkə lideri istirahətini orda keçirməyə hazırlaşırmış.

Qeyd edək ki, prezident Argentinanın Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayığın yoxa çıxması haqda məlumatdan sonra da uşuşunu təxirə salmayıb. "San-Xuan" sualtı qayığı çərşənbə günü rabitə əlaqəsinə girməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb