Artur Rəsizadə 4 köməkçisini itirdi

11:07 | 13.12.2017
Artur Rəsizadə 4 köməkçisini itirdi

Artur Rəsizadə 4 köməkçisini itirdi

Azərbaycan Baş nazirinin köməkçilərinin sayı azaldılıb.


Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Artur Rəsizadə "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.


Dəyişikliyə əsasən, Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.


Bundan başqa, Baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin "Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb. 


Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM