“ASAN xidmət”in fəaliyyəti genişləndirilir

11:44 | 24.04.2018
“ASAN xidmət”in fəaliyyəti genişləndirilir

“ASAN xidmət”in fəaliyyəti genişləndirilir

Prezidentin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

Anews.az-ın Trend-ə istinadən verdiyi  məlumata görə, yaradılmış İşçi Qrupa daxil olan təşkilatların birgə fəaliyyəti nəticəsində "Günay Bank” ASC təmsil olunduğu "Sumqayıt ASAN” mərkəzində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlər üzrə nağdsız ödənişlərin aparılması üçün POS-terminal quraşdıraraq vətəndaşların istifadəsinə təqdim edib. Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və bir sıra büdcə ödənişlərinin nağdsız formada ödənilməsi artıq mümkündür.

Digər "ASAN xidmət” mərkəzlərində də nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti