Astanadan Bakıya aviareyslərin sayı artırılacaq

10:20 | 21.03.2018
Astanadan Bakıya aviareyslərin sayı artırılacaq

Astanadan Bakıya aviareyslərin sayı artırılacaq

Air Astana aviaşirkəti yay uçuş cədvəlinə keçir.

Qazaxıstanın "Air Astana" aviaşirkəti cari ilin mart ayının 25-dən 27 oktyabr tarixinədək qüvvədə olacaq yay uçuş cədvəlinə keçir.

"Report” xəbər verir ki, bu barədə Qazaxıstan milli aviadaşıyıcısının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Astanadan Bakı istiqamətində həyata keçirilən aviareyslərin sayı həftədə 4 dəfəyə qədər artırılacaq.

"Air Astana" yay mövsümündə dünyanın 21 ölkəsinə, o cümlədən Azərbaycan da daxil olmaqla 5 MDB dövlətinə (Rusiya, Tacikistan, Qırğızıstan, Özbəkistan), həmçinin Ukrayna və Gürcüstana uçuşları davam etdirəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb