Ağsuda güclü yanğın: Helikopter və təyyarə cəlb olundu

20:26 | 12.07.2018
Ağsuda güclü yanğın: Helikopter və təyyarə cəlb olundu

Ağsuda güclü yanğın: Helikopter və təyyarə cəlb olundu

Ağsu rayonunda güclü yanğın baş verib.
Anews.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahələsində qeydə alınıb. Hazırda yanğın kəndin şimal dağlıq ərazilərinə tərəf irəliləyir.
Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir təyyarəsi cəlb olunub.
Köməyə ətraf kəndlərin, o cümlədən Bico, Gəgəli və bir neçə yaxın yaşayış məntəqələrinin sakinləri gəlib. Onlar texnikanın girə bilmədiyi ərazilərdə yanğını söndürməyə çalışırlar. 10-dək şum traktorunun qüvvəsi ilə alovun kənd ərazisinə daxil olmasının qarşısını almaq üçün şumlama işi aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb