Bankdan verilən məlumatda bildirilir ki, kredit reytinqi əsasən
xarici bazarlardan vəsaitlərin cəlb olunması zamanı investorlar tərəfindən tələb
olunur. Bu gün daxili bazardan xarici bazarlarla müqayisədə daha ucuz və kifayət
qədər vəsait cəlb etmək mümkün olduğundan reytinqin saxlanılmasına ehtiyac
qalmamışdır.
Bu səbəbdən də, "FitchRatings” şirkəti ilə Bank arasında
mövcud olan və müddəti sona çatan müqavilənin uzadılmamasına qərar verilərək əməkdaşlıq
dayandırılmışdır. Eyni zamanda, Bank növbəti illərdə xarici bazarlardan vəsait
cəlb etmə ehtiyacı hiss edərsə "FitchRatings” şirkəti və ya digər beynəlxalq
reytinq şirkətləri ilə əməkdaşlığı bərpa edəcəyini istisna etmir.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !