AVRO-2017: Millimizdən möhtəşəm qələbə

21:56 | 22.09.2017
 AVRO-2017: Millimizdən möhtəşəm qələbə

AVRO-2017: Millimizdən möhtəşəm qələbə

Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının "A” qrupunda yer alan Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, Azərbaycanın və Macarıstanın dövlət himnlərinin səsləndirilməsindən sonra hakimin final fiti səslənib.

Milli komandamız ilk setin əvvəlində hesabda irəli çıxsa da, çox keçmədən macarıstanlı voleybolçular üstünlüyü ələ alıblar. Lakin yüksək əzmkarlıq nümayiş etdirən voleybolçu qızlarımız setin sonuna doğru üstünlüyü ələ alaraq, ilk seti qələbə ilə başa vurublar – 25:23.

İkinci setin əvvəlindən üstünlüyü ələ alan Azərbaycan voleybolçuları rəqibə çətinlik çəkmədən qalib gəliblər – 25:14.

Oyunun üçüncü setində də üstün oyun nümayiş etdirən Azərbaycanın qadın voleybolçuları rəqibə heç bir şans verməyərək 25:16 hesabı ilə asan qələbə qazanıblar.

Beləliklə, hər üç setdə qalib gələn voleybolçu qızlarımız Avropa çempionatına qələbə ilə başlayıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti