"Avroliqa haqqında fikirləşməliyik" - Qurban Qurbanov

09:59 | 15.08.2018

"Avroliqa haqqında fikirləşməliyik" - Qurban Qurbanov

"BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibətiylə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər"
 
AzVision.az xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi bildirib ki, futbolçuların oyunundan razı qalıb, son ana qədər mübarizə apardılar. 

"Hakimlik haqda heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-off-u haqda fikirləşməliyik" - deyə Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti