Avropa Bankı “Holcim (Azerbaijan)”dan imtina etdi

11:07 | 25.08.2017
Avropa Bankı “Holcim (Azerbaijan)”dan imtina etdi

Avropa Bankı “Holcim (Azerbaijan)”dan imtina etdi

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın aparıcı sement istehsalçısı olan "Holcim (Azerbaijan)” ASC-dəki (Qaradağ Sement Zavodu) payını artırmaqdan imtina edib.

anews.az Report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Bankın Direktorlar Şurası qəbul edib. 

Lakin qərarın səbəbi açıqlanmayıb.

Xatırladaq ki, EBRD hazırda zavodun səhmlərinin 10%-nə nəzarət edir. Bank ötən il Azərbaycan iqtisadiyyatına dəstək çərçivəsində payını 20%-ə çatdırmağa qərar verib. "Holcim (Azerbaijan)”ın səhmlərinin 76%-i İsveçrənin "Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

2010-cu ildə yaradılmış səhmdar cəmiyyətinin nizamnamə kapitalı 31,813 mln. manatdır. Müəssisə 2015-ci ili 99 mln. manat, 2016-cı ili isə 27 mln. manat xalis zərərlə başa vurub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM