Avropada "Qərbi Nil" qızdırması tüğyan edir - 142 nəfər öldü

20:00 | 19.10.2018
Avropada

Avropada "Qərbi Nil" qızdırması tüğyan edir - 142 nəfər öldü

Rusiya Səhiyyə İdarəsi Avropada "Qərbi Nil" qızdırmasının yayılması ilə bağlı xəbərdarlıq edib.

Anews.az Trend-ə istinadən xəbər verir ki, idarənin rəsmi saytında bu xəstəliyə son ildə 1,3 min nəfər yoluxub və 140 nəfər dünyasının dəyişib.

Xəstəliklərə nəzarət Avropa İdarəsinin statistik məlumatlarına görə, 4 oktyabr 2018-ci il tarixi üçün ümumilkdə 1317 yoluxma halı (İtaliya - 495, Yunanıstan - 283, Rumıniya - 256, Macarıstan - 197, Xorvatiya - 45, Fransa - 16, Avstriya - 15, Bolqarıstan - 6, Sloveniya - 3, Çexiya - 1) qeydə alınıb.

Həmin dövrdə bu xəstəliyə yoluxanların 142 nəfəri dünyasını dəyişib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb