Avstraliyada 150 delfin özünü sahilə atıb

19:00 | 23.03.2018
Avstraliyada 150 delfin özünü sahilə atıb

Avstraliyada 150 delfin özünü sahilə atıb

Avstraliyanın qərb sahilində 150 qara delfin özünü sahilə atıb.

Trend-in məlumatına görə, hazırda onların bəzilərinin dənizə qaytarılması üçün işlər davam edir.

Qeyd olunur ki, delfinlərdən yalnız 15-i sağ qalıb. Çimərlik zonası bağlanıb, sakinlərə dənizə girməmək tövsiyə olunub.

Mütəxəssislər delfin cəsədlərinin akulaları cəlb edəcəyindən ehtiyat edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM