Avstriyada qatar qəzası: Onlarla yaralı var

16:46 | 20.04.2018
Avstriyada qatar qəzası: Onlarla yaralı var

Avstriyada qatar qəzası: Onlarla yaralı var

Avstriyanın Salzburq şəhərində iki qatarın toqquşması nəticəsində 54 nəfər yaralanıb. 

Anews.az xəbər verir ki, bununla bağlı "Salzburger Nachrichten” nəşri məlumat yayıb. 

Yaralıların əksəriyyətinin xəsarəti yüngül olub. Bəziləri isə ciddi xəsarətlərlə xəstəxanalara yerləşdirilib. 

Hadisə yerli vaxtla 04:46-da baş verib. Venesiyadan Sürixə vaqon aparan lokomativ dayanmış qatarı vurub. 

Qatarların hərəkətində fasilə yaranmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM