Avtobus dayanacağı, yoxsa qutabxana? - FOTO

14:55 | 24.11.2017
 Avtobus dayanacağı, yoxsa qutabxana? - FOTO

Avtobus dayanacağı, yoxsa qutabxana? - FOTO

Bakının 9-cü mikrorayonu  ərazisindəki Adil Məmmədov küçəsində yerləşən avtobus dayanacağından istifadə edən sakinlər çox qəribə bir olayla üzləşiblər. Belə ki, günlərin bir günü bu dayanacaq naməlum iş adamı tərəfindən  iaşə obyektinə cevrilib və üzərinə  "Qazi” kafesi adı vurulub
 
Bakı şəhərində yeni dayanacaq pavilyonlarının quraşdırıldığı  və bu barədə Bakı Nəqliyyat Agentliyinin aktiv təbliğat apardığı bir zamanda belə bir hadisənin baş verməsi sakinlərdə təəccüb dogurub. 

Bu dayanacaqda hətta qutab bişirilir və bu iş üçün qaz balonu da quraşdırılıb?! Bir sözlə, dayanacaqda nə mədəni mühit, nə də təhlükəsizlik təmin olunub.
Dayanacağın fotolarını diqqətinizə təqdim edirik:  
 




 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb