Az kapitallı bankların bağlanması təklif olunur

13:22 | 23.11.2017
Az kapitallı bankların bağlanması təklif olunur

Az kapitallı bankların bağlanması təklif olunur

"Əgər iqtisadiyyat artmasa, banklar inkişaf edib böyüməyəcəklər”.

Anews.az FED.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən 2-ci Bankçılıq Forumunda Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Hüseyin Aydın bildirib.

O, Türkiyənin keçdiyi yoldan danışaraq qeyd edib ki, ölkədə çoxlu sayda banka ehtiyac yoxdur, ölkədə böyük məbləğdə öz kapitalına malik bir neçə güclü bankın olması yetərlidir: "Vaxtilə Türkiyədə bankların sayı 87 idi. Biz qərara gəldik ki, bank fəaliyyəti ilə məşğul olmaq istəyənlər kapitallarını artırmalıdır. Kapital tələbini qaldırdıq. Qısa müddətdə bankların sayı 87-dən 51-ə düşdü”.

Hüseyin Aydın qeyd edib ki, Azərbaycanda Türkiyə təcrübəsindən bəhrələnə bilər. Kapitalı yetərli səviyyədə olmayan bankların lisenziyası alınmalıdır: "Biz Türkiyədə belə etdik, yetərli kapitalı olmayan bankların lisenziyasını aldıq. Çünki çürük diş, sağlam dişə də zərər verir. İndi banklarımızın kapitalı 100 milyard dollara, aktivlərinin həcmi 800 milyard dollara çatıb, onlar dövlət dəstəyi olmadan fəaliyyət göstərib, iqtisadiyyatın maliyyələşdirilməsində aktiv iştrak edirlər”.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qaımlı bildirib ki, Azərbaycan bu baxımdan Türkiyə təcrübəsindən faydalanmalıdır: "Kapitallaşma həll edilməsə, bizim arzuladığımız inkişaf olmayacaq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM