Azərbaycan ağsaqqalları Fəxri Xiyabanda

11:44 | 14.06.2018
Azərbaycan ağsaqqalları Fəxri Xiyabanda

Azərbaycan ağsaqqalları Fəxri Xiyabanda

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şuranın üzvləri 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

APA-nın xəbərinə görə, F. Heydərov jurnalistlərə bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyi üçün həlledici gündür.

F. Heydərov Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müstəqilliyinin məhv olmaqdan xilas olduğunu vurğulayıb: "Azərbaycan məhrumiyyətlərdən qurtuldu, uğurlar qazandı. Ölkədə dövlət strukturları formalaşdı və Azərbaycan dünyada tanındı, dünyada bir sabitlik adasına çevrildi”.

F. Heydərov bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu kursu prezident İlham Əliyev uğurla davam etdirir: "Son prezident seçkilərində də xalqımız bir daha prezident İlham Əliyevə dəstəyini nümayiş etdirdi. Bu gün Azərbaycanın taleyi etibarlı əllərdədir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti