Azərbaycan Beynəlxalq Bankı tender elan edib

11:20 | 18.11.2017
Azərbaycan Beynəlxalq Bankı tender elan edib

Azərbaycan Beynəlxalq Bankı tender elan edib

"Azərbaycan Beynəlxalq Bankı” ASC müxtəlif ləvazimatlar (lot-1) və çap məhsullarının satın alınması (lot-2) üzrə açıq tender elan edib.

"Report” rəsmi qəzetə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı hər bir lot üçün 100 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) dekabrın 5-i saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə dekabrın 11-i saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanına təqdim etməlidirlər (əlaqələndirici şəxs - Emin İbrahimov (tel.: (012) 493 00 91 (daxili - 27 00; 27 03); e-mail: [email protected]).

İddiaçıların təklifləri dekabrın 12-də saat 11:00-da qeyd olunan ünvanda açılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb