Azərbaycan Kredit Bürosunun rəhbərliyində dəyişiklik olub

13:42 | 09.08.2018
Azərbaycan Kredit Bürosunun rəhbərliyində dəyişiklik olub

Azərbaycan Kredit Bürosunun rəhbərliyində dəyişiklik olub

"Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Müşahidə Şurasında (MŞ) dəyişiklik olub.
 
"Report” xəbər verir ki, "Bank Respublika” və "Kapital Bank” ASC-lərin Büronun rəhbərliyindəki nümayəndələri dəyişib.
 
Belə ki, "Bank Respublika”nın MŞ-nın sədri Şakir Rəhimovu Bankın İdarə Heyətinin (İH) sədr müavini Elnur Həsənov, "Kapital Bank”ın MŞ-nın üzvü Fərid Məmmədovu isə Bankın İH-nin üzvü Cavid Mirzəyev əvəz edib.
 
Xatırladaq ki, AKB bu il yaradılıb. Onun nizamnamə kapitalı 2 mln. manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank – "Azərbaycan Beynəlxalq Bankı, "Bank Respublika”, "Xalq Bank”, "Kapital Bank”, "Paşa Bank”, "Rabitəbank”, "Unibank” və "Ziraat Bank (Azerbaijan)” ASC-lərdir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb