Azərbaycan polisi əməliyyat keçirdi – 3 nəfər həbs olundu

12:43 | 19.09.2018
Azərbaycan polisi əməliyyat keçirdi – 3 nəfər həbs olundu

Azərbaycan polisi əməliyyat keçirdi – 3 nəfər həbs olundu

Bakının Nərimanov rayonunda qumarxana təşkil edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Anews.az teleqraf.com-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayon ərazisində qumarxana təşkil etməkdə şübhəli bilinən Nazim Dəmirov, İsam Yolçuyev və Elcan Dəmirov həbs edilib.
 
Məlum olub ki, onlar rayon ərazisində çay evlərindən birində qanunsuz olaraq qumarxana təşkil ediblər.

Nazim Dəmirov, İsam Yolçuyev və Elcan Dəmirovun barəsində Cinayət Məcəlləsinin 244-1.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə ittiham elan edilib.

İstintaq orqanı hər üç şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nərimanov rayon Məhkəməsinə təqdimat göndərib.

Hakim Samir Məmmədovun sədrliyi ilə aparılan araşdırma zamanı təqdimat təmin olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb