Azərbaycan sərhəddində gül kələmin içindən milyonlar çıxdı VİDEO

12:35 | 20.01.2018
Azərbaycan sərhəddində gül kələmin içindən milyonlar çıxdı VİDEO

Azərbaycan sərhəddində gül kələmin içindən milyonlar çıxdı VİDEO

Azərbayacan-Rusiya sərhəddində milyonlar tapıldı. Dövlət Gömrük Komitəsindən İstiPress-ə verilən məlumata görə, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına "Gül kələmi" yükü aparan Rusiya vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12" markalı E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən bağlamalar aşkar edilib. Yoxlama zamanı onların içində 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min rus rublu aşkar edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM