Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı cüzi artıb

21:00 | 03.10.2017
Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı cüzi artıb

Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı cüzi artıb

Azərbaycanlılar aldıqları mənzil sayına görə İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan və Böyük Britaniya vətəndaşlarından sonra 7-cidir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 439 mənzil alıb. 

"Report” bu barədə Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% və yaxud 11 ədəd çoxdur. 

Azərbaycanlılar aldıqları mənzillərin sayına görə İraq (2 255 mənzil), Səudiyyə Ərəbistanı (1 963 mənzil), Küveyt (1 075 mənzil), Rusiya (813 mənzil), Əfqanıstan (676 mənzil) və Böyük Britaniya (477 mənzil) vətəndaşlarından sonra 7-ci yerdə qərarlaşıb. 

439 mənzildən 54-ü yanvarda, 55-i fevralda, 50-si martda, 65-i apreldə, 63-ü mayda, 46-sı iyunda, 61-i iyulda, 45-i isə avqustda alınıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb