Azərbaycan XİN-dən İrandakı hadisələrə - Reaksiya

19:30 | 02.01.2018
Azərbaycan XİN-dən İrandakı hadisələrə - Reaksiya

Azərbaycan XİN-dən İrandakı hadisələrə - Reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə İranda baş verən hadisələrə münasibət bildirib.

"Qafqazinfo”nun məlumatına görə, APA-nın sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır.

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Son 6 gündə etiraz aksiyası ilə bağlı ölənlərin sayının 20 nəfərə çatdığı bildirilir. Xatırladaq ki, İranın Təhlükəsizlik Nazirliyi (Ettelaat) məlumat yayaraq bildirib ki, son hadisələrin təhrikedicilərindən, təxribatçılar və iğtişaşçılardan bəziləri müəyyən edilib və həbs olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb