Azərbaycan xüsusi təyinatlıları cəbhəyə yeritdi və...

14:33 | 20.06.2018
Azərbaycan xüsusi təyinatlıları cəbhəyə yeritdi və...

Azərbaycan xüsusi təyinatlıları cəbhəyə yeritdi və...

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin "prezidentinin” "müşaviri” Tiqran Abramyan müharibə qorxularını açıqlayıb.

Publika.az xəbər verir ki, T.Abramyan Azərbaycan Ordusunun təmas xəttində yeni istehkamlar inşa etdiyini, cəbhəni möhkəmləndirdiyini iddia edib.

"Son bir həftədə Azərbaycan Ordusu aktiv şəkildə yerdəyişmə edir və hərbi texnikanı gücləndirir. Aktiv mühəndislik işləri aparılır. Həmçinin, xüsusi təyinatlı qüvvələrin aktivliyi müşahidə olunur”, - deyə T. Abramyan iddia edib.

Qeyd edək ki, Ermənistan tərəfi Ordumuzun işğal altındakı Günnüt kəndini azad etməsindən sonra qorxuya düşüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb