Azərbaycana 38 sm qar yağdı

13:11 | 10.03.2018
Azərbaycana 38 sm qar yağdı

Azərbaycana 38 sm qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki havanı açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinsən Axar.az-a verilən məlumata görə, ölkə ərazisində martın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib.

Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb