Azərbaycana yenə qar yağdı - FOTOLAR

10:02 | 17.10.2017
Azərbaycana yenə qar yağdı -  FOTOLAR

Azərbaycana yenə qar yağdı - FOTOLAR

Şimal rayonlarında qarın hündürlüyü 10 sm-ə çatır

Azərbaycana yenə qar yağdı. İstiPress-in Şimal bürosunun məlumatına görə, oktyabrın 16-sı gündüz saatlarından başlayaraq qar yağmağa başlayıb. Havanın temperaturu isə 5 dərəcədən çox düşüb.

Ən çox qar Quba və Qusara yağıb. Xızının dağlıq kəndlərində qarın hündürülüyü 5-10 sm-ə çatır. Qar yağışı bu saatlarda da davam edir. Hələlik ağ örpək şimal rayonlarında hər hansı sosial problem yaratmayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, bu gün Azərbaycanın rayonlarında
arabir yağış yağacağı, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb