Azərbaycanda 15-17 yaşlı qızlar arasında abort halları artıb - STATİSTİKA

13:20 | 22.10.2018
Azərbaycanda 15-17 yaşlı qızlar arasında abort halları artıb - STATİSTİKA

Azərbaycanda 15-17 yaşlı qızlar arasında abort halları artıb - STATİSTİKA

Anews.az "Report”a istinadən xəbər verir ki, həmin müddətdə 37,618 min nəfər (2016-cı ildə 34 569 min) abort etdirib.

Abortların ümumi sayından 12,3 mini (2016-cı ildə 10,5 min) mini-abortların payına düşüb.

Eyni zamanda, abort edilənlər arasında 15-19 yaşlı qadınların sayı 1605 (2016-cı il 1 261), onlardan da 15-17 yaşında olanlar 46 nəfər (2016-cı il 19), 18-19 yaşlı olanlar isə 1 559 nəfər (2016-cı il 1 242) təşkil edib.

Həmçinin, 9 583 nəfər 20-24 yaşlı, 11 706 nəfər 25-29 yaşlı, 9 856 nəfər 30-34 yaşlı, 4 868 nəfəri isə 35-49 yaş arasında qeydə alınıb.  

Bundan başqa, dərman vasitələri ilə aparılan abortların sayı isə 385 nəfər (2016-cı ildə 60 nəfər) təşkil edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM