Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1 manat 50 qəpik olacaq? - EKSPERTDƏN PROQNOZ

11:46 | 17.08.2018
Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1 manat 50 qəpik olacaq? - EKSPERTDƏN PROQNOZ

Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1 manat 50 qəpik olacaq? - EKSPERTDƏN PROQNOZ

Son bir neçə gündə Aİ-95 premium markalı benzinin Azərbaycana idxal edilməsinin ləğv edilməsi ilə bağlı müzakirələr aparılır. Bundan əlavə Aİ-92 markalı benzinin qiymətinin 1.50 qəpik olacağı ilə bağlı fikirlərdə səsləndirilir. Aİ-95 premium markalı benzinin ölkəmizə idxalı dayandırıla bilərmi?

Bununla bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Aİ-95 premium markalı benzinin ölkəyə idxalının dayandırılması üçün bu gün heç bir iqtisadi əsaslar yoxdur: "Həm də Aİ-95 premium markalı benzin Avropa standartlarına uyğun istehsal edilir. Təbii ki, bu cür keyfiyyətli benzinin ölkəyə idxal edilməsinin ləğv edilməsi arzu olunan deyil. Aİ-92 markalı benzin ölkəmizdə istehsal olunur. Azərbaycan əhalisinin 90 faiz Aİ-92 markalı benzindən istifadə edir".

O həmçinin vurğylayıb ki, bugünki vəziyyətdə yanacağın qiymətinin artırılmasına ehtiyac yoxdur: "Təbii ki, son qərarı Tarif Şurası verir. Yanacağın və dizelin qiymətinin artırılmasını məqbul hesab etmirəm. Çünki bu digər məhsullarında qiymət artımına gətirib çıxaracaq. Ona görə onların bugünki qiymətinin qorunub saxlanılması vacibdir. Düşünürəm ki, həm Aİ-95 premium markalı həm də Aİ-92 markalı benzinin bazar qiyməti məqbuldur. Dizel yanacağı bizim üçün önəmlidir. Dizel yanacağının qiymətinin artırılması kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb ola bilər. Ona görə də düşünürəm ki, Tarif Şurasının belə bir qərar verməsinə ehtiyac yoxdur. Ümumiyyətlə yanacaq məhsullarının qiymətinin artırılması arzuolunan deyil”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM