Azərbaycanda ağır qəza: Vəzifəli şəxs öldü

17:00 | 06.12.2018
Azərbaycanda ağır qəza: Vəzifəli şəxs öldü

Azərbaycanda ağır qəza: Vəzifəli şəxs öldü

Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.

Anews.az "Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.

"Mercedes” markalı 10 ZP 030 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan "VAZ 21015" markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.

Nəticədə "VAZ"ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb