Azərbaycanda ağır yol qəzası - 20-yə yaxın insan yaralandı

20:50 | 27.10.2017
Azərbaycanda ağır yol qəzası - 20-yə yaxın insan yaralandı

Azərbaycanda ağır yol qəzası - 20-yə yaxın insan yaralandı

Goranboyda avtobus körpüdən aşıb.
 
 
APA-nın verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.
 
Xeyli yaralının olduğu bildirilir.
 
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
***
 APA-nın qərb bürosunun verdiyi məlumata görə, pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. 
"İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb. 
Xəsarət alanlara Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb