Son bir ildə isə ölkədə ayaqqabının qiyməti 18% artıb.
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 186,2 min cüt ayaqqabı istehsal edilib.
Dövlət Statistika Komitəsindən "Report”a verilən məlumata görə, bu ilin 10 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 35,1% az olub.
Oktyabr ayında ölkədə ayaqqabının qiymətində sentyabr ayına nisbətən 0,6% artım qeydə alınıb.
Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 18,2% artıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !