Azərbaycanda “Bərəkət ilahəsi” tapıldı - FOTO

09:32 | 22.10.2018
Azərbaycanda “Bərəkət ilahəsi” tapıldı - FOTO

Azərbaycanda “Bərəkət ilahəsi” tapıldı - FOTO

Yevlax rayonunda eramızdan əvvəl II əsr - bizim eranın II əsrlərini əhatə edən qədim əşyalar tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Səmədabad kəndi ərazisindəki Küp qəbir nekrapolunda aparılan qazıntı işləri zamanı zamanı bardaq, vaza tipli gil qablar, tunc qolbaq və şüşə muncuq aşkar edilib.

Boru kəmərinin çəkilişi zamanı üzə çıxan tapıntılar Yevlax Tarix Diyarşünaslıq muzeyinə təhvil verilib. Əşyalar arasında maraqlı görünüşə malik gildən hazırlanmış "Bərəkət ilahəsi”nin həmin dövrün insanları üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir. Bu əşya qədim insanların inanc vasitəsi olub.

Gildən hazırlanmış "Bərəkət ilahəsi”nə Yevlax ərazisində ilk dəfədir ki, rast gəlinir.

Bundan əvvəl Mərakeşdə 90 min il yaşı olan qədim bıçaq tapılıb.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb