Azərbaycanda bu universitetin strukturu dəyişdi

16:34 | 22.05.2018
Azərbaycanda bu universitetin strukturu dəyişdi

Azərbaycanda bu universitetin strukturu dəyişdi

Azərbaycan Texniki Universitetində (AzTU) struktur dəyişikliyi olub.

AzTU-dan Axar.az-a verilən məlumata görə, universitetin Elmi Şurasının qərarı ilə "Beynəlxalq əlaqələr şöbəsi” və "Xarici tələbələr üzrə dekanlıq”ın bazasında yeni struktur - "Beynəlxalq əlaqələr departamenti” yaradılıb. AzTU-nun Beynəlxalq əlaqələr departamenti müasir ali təhsil prinsiplərinə və müasir təhsil-marketinq trendlərinə əsaslanaraq təşkil olunub. Ümumilikdə 3 şöbədən – "Xarici universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq, "Əcnəbi tələbələrin təhsili” və "Layihələr və mübadilə proqramları” şöbələrindən ibarət olan departamentin əsas misiyası AzTU-nu brend universitetə çevirməkdir. O, cümlədən, universitetin müxtəlif beynəlxalq əməkdaşlıqlarda və layihələrdə iştirakını təşkil və koordinasiya etməklə ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunu artırmaq, yüksəkkeyfiyyətli təhsil verilməsini təmin etmək, eləcə də elmi tədqiqat işlərinin beynəlxalq sferaya çıxarılması departamentin qarşısında məqsəd kimi qoyulub. Professor-müəllim heyətinin beynəlxalq əməkdaşlıqlara cəlbi, beynəlxalq əməkdaşlıqlar proqramlarının formalaşdırılması, tələbələrin xarici ölkələrdə təhsilinin, əməkdaşların isə təcrübəsinin təşkil edilməsi və xarici tələbələrin AzTU-ya cəlb olunması yeni yaradılan departamentin əsas vəzifələri olaraq müəyyən edilib. Universitetin Elmi Şurası tərəfindən təsdiq olunan 8 bölmədən, 36 maddədən ibarət Əsasnamədə bunlarla yanaşı yeni yaradılan departamentin funksiyaları və əlaqələri, informasiya təminatı, işinin təşkili, eləcə də hüquqları, əməkdaşların vəzifələri də əks olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb