Azərbaycanda daha bir özəl kanal fəaliyyətə başlayır

01:23 | 23.03.2018
Azərbaycanda daha bir özəl kanal fəaliyyətə başlayır

Azərbaycanda daha bir özəl kanal fəaliyyətə başlayır

Azərbaycanda daha bir özəl kanal fəaliyyətə başlayır.

Hazırda yeni heyətin yığım prosesi davam edir. Hətta bəzi tanınmış jurnalistlər artıq kanala dəvət edilib və anlaşmalar qurulub.

Yeni kanalın adı artıq bəllidir. İnternet üzərindən yayımlanacaq kanalın adı "Cavan TV” olacaq. Bu ad da təsadüf deyil. Yeni internet televiziya "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin nəznində yaradılır.

"Belə belə işlər” kimi bir neçə layihəni özündə birləşdirən birlikdə maarifləndirmə, təbliğat və gənclərə dəstəklə məşğul olunur. Yerli mediada kanal rəhbərinin keçmiş ANS telekanalının tanınan əməkdaşı Ülvira Qarayeva olacağı yazılıb.
 

Ülvira Qarayeva

Amma Minval.İnfo-un əldə etdiyi özəl məlumata əsasən Ü.Qarayeva "Cavan TV”-də baş prodüser kimi fəaliyyət göstərəcək. 

"Cavan TV”-də əsasən mədəniyyət, maarifləndirmə və əyləncə tipli xəbərlər veriləcək. Gənclərin maraqları nəzərə alınacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM