Azərbaycanda dəniz sahilindən iki raket tapıldı - FOTO

11:39 | 19.10.2018
Azərbaycanda dəniz sahilindən iki raket tapıldı - FOTO

Azərbaycanda dəniz sahilindən iki raket tapıldı - FOTO

Oktyabrın 18-də Salyan rayonunun Bəndovan qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.

ANAMA-dan Anews.az-a verilən məlumata görə, bu barədə məlumat Agentliyə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 140 mm-lik raket (M-14) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin tapıldığı yerin ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bundan əvvəl Ağstafa rayonundakı N saylı hərbi hissə yaxınlığında partlammış hərbi sursat tapılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb