Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

10:47 | 17.08.2018
Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

Bu il Azərbaycanın ümumtəhsil məktəblərində dərslər sentyabr ayının 15-də başlamayacaq.

Unikal.org  xəbər verir ki, buna səbəb sentyabrın 15-nin şənbə gününə təsadüf etməsidir.

Şənbə istirahət günü olduğuna görə 2018-2019-cu dərs ili sentyabrın 17-də başlayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb