Azərbaycanda dəhşətli QƏTL: Çoban dostunu öldürüb, ferma sahibini isə yaraladı

10:49 | 18.10.2018
Azərbaycanda dəhşətli QƏTL: Çoban dostunu öldürüb, ferma sahibini isə yaraladı

Azərbaycanda dəhşətli QƏTL: Çoban dostunu öldürüb, ferma sahibini isə yaraladı

Saatlıda dəhşətli cinayətin üstü açılıb.

Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Saatlı rayonunun Qarayev kəndində yerləşən fermanın sahibi, Goranboy rayon sakini Sərxan Elxan oğlu Mirzəyev əslən Hacıqabul rayonundan olan, fermanın 25 yaşlı çobanı (adı dəqiqləşdirilir) tərəfindən mübahisə zəminində ov tüfəngindən açılan atəşlə yuxarı ətraf nahiyəsindən xəsarət alıb.

Törətdiyi cinayətə görə saxlanılaraq hüquq-mühafizə orqanlarında dindirilən zaman çoban 4 gün əvvəl Hacıqabul sakini olan 27 yaşlı çoban yoldaşını da qətlə yetirdiyini deyib.

Onun etirafına görə, aralarında yaranmış mübahisə zəminində çoban yoldaşının sinəsinə ov tüfəngi ilə 2 dəfə atəş açaraq, öldüyünə əmin olduqdan sonra cəsədi yaxınlıqdan keçən şor su kollektoruna atıb. Hazırda hadisə yerinə gələn FHN-in dalğıcları tərəfindən cəsəd sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işinə başlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb