Azərbaycanda dövlət rüsumları artırılır - QİYMƏTLƏR

10:46 | 06.06.2018
Azərbaycanda dövlət rüsumları artırılır - QİYMƏTLƏR

Azərbaycanda dövlət rüsumları artırılır - QİYMƏTLƏR

Daşınmaz əmlakın və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün dövlət rüsumları dəyişdirilir.

Report.az bu barədə "Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə istinadən xəbər verir.

Belə ki, müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, rüsum Bakı şəhəri üzrə 200 manatdan 250 manata qaldırılır. Bu dövlət rüsumunun Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 70%-i, digər regionlar üzrə isə 50%-i məbləğində ödəniləcək.

Qeyd edək ki, hazırda rüsum Bakı şəhəri üzrə 200 manat, digər şəhər və rayonlarda isə 80 manatdır.

Layihəyə əsasən müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə dövlət rüsumu 20 manat səviyyəsində saxlanılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb