Azərbaycanda fantastik qiymətə satılan avtomobillər - SİYAHI

23:59 | 15.10.2018
Azərbaycanda fantastik qiymətə satılan avtomobillər - SİYAHI

Azərbaycanda fantastik qiymətə satılan avtomobillər - SİYAHI



Avtomobillərin satış qiyməti həmişə maraq dairəsində olub. Cəmiyyətdə müxtəlif markalı avtomobillərə olan tələbat bahalı nəqliyyat vasitələrinin ölkəmizə gətirilməsinə səbəb olub. Bir zamanlar Sovet istehsalı olan nəqliyyat vasitələri artıq sıradan çıxmaq üzrədir. Həmin avtomobilləri inkişaf etməkdə olan ölkəmizin yollarında bahalı xarici avtomobillər əvəz edir. Azərbaycanda avtomobil alqı-satqısını həyata keçirən saytda fantastik qiymətə satılan avtomobillərin elanı yerləşdirilib. Söhbət nə az, nə çox – düz yarım milyon manatlıq dəyəri olan avtomobillərdən gedir.

A24.Az Azərbaycanda satılan yarım milyonluq avtomobillərin siyahısını təqdim edir:

Bentley Continental Speed – Bu avtomobil heyrətamiz xarici görünüşə, gözoxşayan salona və 630 at gücünə malikdir. Sözügedən nəqliyyat vasitəsinin buraxılış ili 2016-cı ildir. Bir kilometr belə yürüş etməyən Bentley Continental Speedin qiyməti yarım milyondan bahadır, daha doğrusu 502 min 443 manata satılır.



Mersedec G 63 AMG – Bahalı avtomobillər sırasında "Mersedec” markalı nəqliyyat vasitələri də yer tutur. Belə ki, Bakıda satışı həyata keçirilən bu avtomobilin modeli "G 63 AMG”dir. 2018-ci il istehsalı olan Mersedec G 63 AMG 585 at gücündədir. Avtomobildə sərnişinin rahatlığı üçün istənilən şərait qurulub. Sözügedən avtomobil 502 min manata satılır.



Bentley Bentayga markalı bu avtomobilin istehsal ili 2017-ci ildir. 608 at gücündə olan Bentley Bentayganin yürüşü cəmi-cümlətani 8 000 km-dir. Bakıda bir neçə ev qiymətinə satılan bu avtomobilin satış qiyməti 527 min 943 manatdır.



Rolls-Royce Wraith markalı bu avtomobil sizə tanış gələ bilər. 2016-cı ildə istehsal olunan Rolls-Royce 1 729 km yürüş edib. Avtomobildə sərnişinin rahatlığı üçün hər cür şərait qurulub. Qiyməti 646 000 manatdır.



Rolls-Royce Wraith markalı daha bir avtomobilin satış qiyməti isə bir az baha, daha doğrusu 646 943 manatdır. 632 at gücündə olan Rolss-Royce 1 474 km sürülüb.



Rolls-Royce Ghost markalı avtomobil isə elan saytlarında satışa çıxarılan ən bahalı maşındır. Bu ilin istehsalı olan avtomobil hələ ki, sürülməyib. 570 at gücünə malikdir. Qiyməti nə az, nə çox – düz 739 min 500 manatadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM